General Polad Həşimov Xatirələrdə | SƏSLİ KİTAB #75

SƏSLİ KİTAB - Un pódcast de Raqif Raufoğlu

Categorías:

“General Polad Həşimov xatirələrdə” kitabı 14 iyul 2020-ci il tarixində Tovuz rayonu ətrafında gedən döyüşlərdə şəhid olan general-mayor Polad Həşimov haqqında xatirələrdən ibarətdir. Kitabda şəhid generalın ailə üzvlərindən, yaxınlarından, zabit və əsgər yoldaşlarından götürülən xatirə yazıları yer alıb. Kitabın 60 səhifəsini əhatə edən “Polad Həşimov fotolarda” adlı bölmədə isə generalın ta uşaqlıq illərindən tutmuş bizdən ayrılan vaxta qədər müxtəlif dövrlərdə çəkilmiş şəkillər verilib. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub və şəhid generalın cəmiyyətə daha yaxından tanıdılması məqsədi daşıyır.Kitabın ərsəyə gəlməsində dəstəyini göstərən bütün insanlara, o cümlədən məqalə və müsahibələrin müəlliflərinə, təşkilati işlərdə İlahə Nəccari, İlham Həşimov, Loğman Xanlarov, Elçin Kərimov, Elbrus Rzayev və Mahir Şəkərova təşəkkürümüzü bildiririk.Vətənimiz Azərbaycan uğrundan canından keçən bütün şəhidlərimizə rəhmət diləyirik!Become a supporter of this podcast: https://www.spreaker.com/podcast/s-sli-kitab--5322921/support.