Henri Ford - Həyatım və İşim | SƏSLİ KİTAB #25

SƏSLİ KİTAB - Un pódcast de Raqif Raufoğlu

Categorías:

“Həyatım və işim” kitabı avtobioqrafik əsərdir. Bu kitab ən böyük Amerika sahibkarlarından və iş adamlarından biri hesab olunan, avtomobil “kralı” Henri Fordun yüksəlişi və uğurlarından bəhs edir. “Ford Motor Company” XX əsrin əvvəllərində durğunluq dövründə yaransa da, qısa müddət ərzində avtomobil sənayesi sahəsində canlanma yarada bilmişdi. Əsərdə biznesin təşkili üçün söylənilən fəlsəfi fikirlər bu gün də öz aktuallığını qoruyub saxlayır. Digər biznesmenlər gəlir arxasınca qaçarkən, Ford hər kəs üçün əlçatan məhsullar istehsal edərək, xidmətetməni təkmilləşdirirdi. “Həyatım və işim” kitabı ömrünü avtomobil sənayesinin inkişafına həsr edən, dünyanın biznes qanunlarını dəyişən, humanizm prinsipi ilə işləyən iş adamının qiymətli fikirləri ilə zəngindir.Become a supporter of this podcast: https://www.spreaker.com/podcast/s-sli-kitab--5322921/support.