Ksenofon - Sokrat haqqında xatirələrim | SƏSLİ KİTAB #59

SƏSLİ KİTAB - Un pódcast de Raqif Raufoğlu

Categorías:

Ksenofonun öz müəllimi olmuş Sokrat haqqında yazdığı üç kitabı bugünümüzə gəlib çatmışdır: “Sokrat haqqında xatirələrim”, “Ev tikmək haqqında”, “Qonaqlıqda”. Ksenofonun baxışlarınıza çatdırdığım “Sokrat haqqında xatirələrim” kitabında müəllif özünün şahidi olduğu hadisələrlə yanaşı, çağdaşlarından Sokrat haqqında eşitdiyi bir sıra hadisələri də yazıya almışdır. Ona görə də “Sokrat haqqında xatirələrim” kitabı Sokratı tanıtmaqdan başqa, o çağların reallıqlarını öyrənmək baxımından da maraqlıdır. Mənim düşüncəmə görə, Sokratla baş verən “tanışlıqda” ən başlıcası insanın düşüncələrinin yeniləşməsi, itiləşməsi və kəskinləşməsidir; bu halı yaşayan oxucu hadisələrə hamı kimi yanaşmaqdan çəkinir, onların görünməyən tərəflərinə diqqət yetirməyə çalışır, fərqli və müstəqil düşüncəyə alışmaq üçün bir sınaq testindən keçmiş olur. Ksenofonun “Sokrat haqqında xatirələrim” kitabının anadilli oxucularımızın bütün təbəqələri üçün maraqlı olacağını düşünürəm.Become a supporter of this podcast: https://www.spreaker.com/podcast/s-sli-kitab--5322921/support.