Manaf Süleymanov - Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim | SƏSLİ KİTAB #15

SƏSLİ KİTAB - Un pódcast de Raqif Raufoğlu

Categorías:

“Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabı Bakının qə­­­dim keçmişindən, inqilab dövründə neft səltənətində baş ve­rən hadi­sə­lərdən, Bakının kəşməkəşli günlərindən bəhs edir.Bu əsər nə tarixi oçerkdir, nə də publisistik esse. Bu, hər şey­dən əvvəl, həyat həqiqətidir. Bakının neft bumu dövrü­n­dən başlamış Sovet ittifaqının qurulmasına qədər olan dövr haq­qın­da bədii salna­mədir. O dövrün möhtəşəm sarayları, imarət­lər, qumarxanalar, gecə klubları, neft fontanları, qara qızıl çay­la­rı, ba­zarlar, karvan­saralar, yan­­ğınlar, tətillər, nümayişlər, qan­lı toq­­quşmalarını göstərən bir güz­gü­dür.Bu kitab sovet dövrünün süqutu ərəfəsində kult kitablardan biri hesab olunurdu. Təkrar-təkrar tirajla nəşr olunaraq 500 000 ədəd satılmışdır.Bakı haqqında hələ də belə səmimi, ürəkdən yazılan bir ki­tab yoxdur.Become a supporter of this podcast: https://www.spreaker.com/podcast/s-sli-kitab--5322921/support.