Orhan Pamuk - Bəyaz Qala | SƏSLİ KİTAB #66

SƏSLİ KİTAB - Un pódcast de Raqif Raufoğlu

Categorías:

XVII əsrdə türk piratlarının ələ keçirdiyi bir venesiyalı İstanbula gətirilir. Astronomiya, fizika və rəsm qabiliyyətinə sahib olan bu kölə bənzər cəhətlərə sahib bir türk tərəfindən satın alınır. Bu iki insanın arasında sirli bir bənzərlik vardır. Qul sahibi öz köləsindən Venesiya və Qərb elmini öyrənmək istəyir. Bu iki bənzər insan (ağa və qul) bir-birini daha yaxından tanımaq, dinləmək və danışmaq üçün Haliç tərəfdəki boş bir evdə, eyni masanın iki başında üz-üzə oturaraq danışırlar. Hekayələri və sərgüzəştləri onları vəba xəstəliyinin tüğyan etdiyi İstanbul küçələrinə, Uşaq Sultanın xəyal bağçalarına və heyvanlarına, qeyri-adi silahın hazırlanmasına və ən əsası, “Niyə mən mənəm?” sualına aparacaqdır. Hekayələr gündüzdən gecəyə doğru yol aldıqca şəxslərin kölgələri də yerdəyişmə edir.Become a supporter of this podcast: https://www.spreaker.com/podcast/s-sli-kitab--5322921/support.